Sayfalar

2013/08/04

Google Adsense - Qara siyahı

Google Adsense`dən istifadə edənlərin bəziləri özlərini “ağıllı” hesab edərək reklamlarına gündəlik girişlər edirlər. Ancaq nəzərə almaq lazımdır ki, Google güclü robotlara malikdir və Google Adsense qaydalarında göstərildiyi kimi, şirkət öz müştərilərinin mənafelərini müdafiə etmək üçün əlindən gələni edir. Buna görə, Adsense`dən qeydiyyatdan keçən zaman qaydaları diqqətlə oxumaq və əməl etmək vacibdir.
Bu, gələcəkdə Google qazanclarınızın itirilmə təhlükəsindən yaxa qurtarmağa kömək edəcək.
Adsense qaydalarını pozan saytlar Google Adsense Qara siyahısına düşür. Saytın qara siyahıda qalma müddəti fərqli olur və əksər hallarda bu, müddətsiz şəkildə edilir. Bu isə o deməkdir ki, həmin saytda bir də Google Adsense reklamı yerləşdirmək mümkün olmayacaq. Qara siyahıya düşən saytların şərtləri necə və hansı şəkildə pozduğu Google`un mesajında tam olaraq göstərilmir. Bu, Google`un prinsiplərindən irəli gəlir. Ancaq hesabı deaktiv edilmiş istifadəçi, çox güman ki, səbəbi özü bilir.

Deaktiv edilmiş Google Adsense istifadəçi səhifəsində görünən mesaj:

Account Disabled
Your AdSense account for this login is currently disabled. We recommend checking your email inboxes for any messages we may have sent you regarding your account status. Sometimes our messages can be caught by email filters, so please be sure to check the Bulk/Spam folders of your email accounts as well.
If your account was disabled for invalid click activity, please visit our Disabled Account FAQ for more information.
Return to AdSense home.

Google Adsense internet istifadəçilərinə asan yolla leqal şəkildə qazanc əldə etməyə imkan yaradır. Ancaq yadda saxlamaq lazımdır ki, qaydaları pozmaq və Google`u aldatmaq, sadəcə, mümkün deyil. Qaydalara əməl edərək Adsens vasitəsilə Google ilə əməkdaşlıq etmək sizin əlavə qazanc əldə etməyinizə imkan yaradacaq.

Hiç yorum yok:

Yorum Gönder